Hərbi xidmət əleyhinə cinayət törədənlər bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul olunmayacaq

3-09-2016, 07:52           
Hərbi xidmət əleyhinə cinayət törədənlər bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul olunmayacaq
Azərbaycan Respublikası Nazirlər Kabineti 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edib.

"Report"un məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən Azərbaycan Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə “xüsusilə ağır” sözlərindən sonra, habelə "hərbi xidmət əleyhinə” sözləri əlavə edilib.

Dəyişikliyə görə, Azərbaycan Respublikası ərazisində hərbi xidmət əleyhinə cinayət törədən şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul edilməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru