Adil Əliyevin yeri İsa Qəmbər üçün boşaldılıb

9-07-2024, 07:46           
Adil Əliyevin yeri İsa Qəmbər üçün boşaldılıb
"Adil Əliyevi Suraxanıya icra başçısı göndərdilər. Bu o deməkdir ki, onun deputat seçildiyi 20 saylı Nərimanov Seçki Dairəsini kimin üçünsə boşaldırlar".

Bunu sosial şəbəkədə jurnalist Fikrət Hüseynli bildirib.

"Adil Əliyev seçicilərilə yaxşı işləyirdi. O namizəd olduğu halda başqa şəxsin orda qazanması mümkünsüz idi. Bəs o dairə kimin üçün boşaldılır? Yanlış xatırlamıramsa, o dairədən iki dəfə də Müsavat başqanı İsa Qəmbər namizəd olmuşdu. Müsavat Partiyası da seçkilərdə iştiraka qərar verib", - deyə o qeyd edib.(pravda.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru