Putin və Obama bu gün görüşəcəklər

5-09-2016, 10:07           
Putin və Obama bu gün görüşəcəklər
Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət başçısı Barak Obama bu gün Çində, Qançjouda davam edən G20 sammiti çərçivəsində ayrıca görüş keçirəcək.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, dövlət başçıları bununla bağlı bazar günü keçirilmiş “ayaq üstü” görüşdə razılığa gəliblər.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezidentlər Suriyanı müzakirə edə bilərlər.
Görüşün formatı hələlik tam razılaşdırılmayıb. G20-də Rusiya nümayəndə heyətindəki mənbə bildirib ki, nümayəndə heyəti danışıqlara Putin və Obamanın danışıqlarına hazırlaşır.
“Liderlər sabah (bu gün – “Report”) görüşməyi razılaşdırıblar”, – deyə Dmitri Peskov bildirib. Görüşün tamformatlı olub-olmayacağına gəlincə, Peskov görüşün formatının tam müəyyən olunmadığını deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru