"Qarabağ problemi məhz bu yolla həll ediləcək" - deputat

5-09-2016, 12:09           
"Qarabağ problemi məhz bu yolla həll ediləcək" - deputat
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda gedən danışıqlar prosesində çox mühüm hallar baş verir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Rövşən Rzayev deyib. Deputat bildirib ki, yaxın zamanlarda prosesin gedişatında yeni hadisələrin şahidi olacağıq:

“Prezidentin daxili və xarici siyasəti Azərbaycanın ən böyük problemi olan ərazi bütövlüyümüzün təmin olunmasına aparan yeganə yoldur. Bu istiqamətdə xarici işlər nazirinin Potsdam görüşü diqqət çəkir. Məmmədyarovun son dövr proseslərinin təhlilini apararaq Almaniyada Azərbaycanın birmənalı mövqeyini səsləndirməsi o deməkdir ki, yaxın gələcəkdə Dağlıq Qarabağ problemi məhz sülh yolu ilə həll ediləcək. Son günlər keçirilən intensiv görüşlər öz məntiqi nəticəsinə gəlib çıxacaq. Rusiya sözsüz ki, prosesi çox yaxşı izləyir. Qarşıda prezidentlərin növbəti görüşü gözlənilir. Artıq elə bir məqam yetişib ki, biz ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən daha ciddi və ədalətli bir mövqe görə biləcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.