Lavrov: "Ukrayna münaqişəsinin həlli üçün..."

17-07-2024, 12:44           
Lavrov: "Ukrayna münaqişəsinin həlli üçün..."
Ukrayna münaqişəsinin həlli üçün Qərbdən Rusiyaya qarşı yönəlmiş təhdidlər aradan qaldırılmalıdır.

Bunu BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Ölkəsi Ukrayna məsələsində tərəflərin maraqları arasında balansın tapılması istiqamətində fəaliyyət göstərməyə hazırdır.

Diplomat NATO-nu ölkəsinə qarşı müharibəyə başlamaqda günahlandırıb. Onun qənaətinə görə, alyansın bu istiqamətdəki fəaliyyətinə ABŞ ciddi dəstək verir.

S. Lavrov bəyan edib ki, rəsmi Vaşinqton zaman-zaman müttəfiqlərinə təkcə Avropada deyil, dünyanın müxtəlif nöqtələrində uzunmüddətli müharibələrə hazır olmaqla bağı çağırış edir.

Rusiyalı nazir eyni zamanda Ukraynada sülhün bərqərar olmasına çağırış edən tərəfləri ruslar da daxil olmaqla, bu ölkədə yaşayan milli azlıqların üzləşdiyi problemləri nəzərə almağa çağırıb./APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru