“Biz ikinci “dördgünlük müharibə” ilə qarşılaşa bilərik” –Erməni politoloqdan Qarabağ açıqlaması

5-09-2016, 21:31           

Erməni politoloq David Ovannisyan işğqal olunmuş Qarabağ və ətraf rayonların müharibə yolu ilə geri qaytarılması variantının gündəmdə olduğunu açıqlayıb.

O, bütün beynəlxalq oyunçuların diqqətinin yenidən Suriyada cəmləşdiyini bildirib və əlavə edib ki, bu, Qarabağ ətrafındakı vəziyyəti ikinci plana salır:

"Belə olan təqdirdə, biz ikinci “dördgünlük müharibə” ilə qarşılaşa bilərik. Hansı ki, sürətli hücum Ermənistan ordusunun və daxili siyasətinin boşluqlarla dolu olduğunu göstərdi. Ermənistan daxilindəki vəziyyət Azərbaycanın xeyrinədir. Digər tərəfdən, Qarabağla bağlı danışıqların dayanması da Ermənistanın zərərinə işləyir”.

Erməni politoloq dolayısı ilə ərazilərin qaytarılması ilə bağlı danışıqların davam etdirilməsinin vacibliyini qeyd edib. Əks təqdirdə o, yeni müharibə ilə üz-üzə qalacaqlarını, bu dəfə itkilərin daha böyük olacağını vurğulayıb.

Qeyd edək ki, apreldə “dördgünlük müharibə”dən sonra erməni ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının tərəfdarı kimi çıxış edir. Rəsmi İrəvan bunun əksini sübut etməyə çalışsa da, Ermənistanda “Region” tədqiqatlar mərkəzinin direktoru Laura Baqdasaryan bunun əksini ortaya çıxarıb.

Ötən həftə erməni mediasına açıqlama verən Laura Baqdasaryan erməni cəmiyyətinin Qarabağla bağlı güzəştə hazır olduğunu deyib. Onun sözlərinə görə, Qarabağ məsələsi erməni cəmiyyəti üçün dördüncü, beşinci yerdə idi: “Əsas diqqət həmişə daxili problemlərə yönəlmişdi. Aprel döyüşlərindən sonra isə cəmiyyət ordudakı səhvlərdən danışmağa başladı. İnsanlar anladılar ki, Qarabağda baş verən hər-hansı hadisə Ermənistan üçün itkidir. Cəmiyyət Qarabağ münaqişəsinin nizama salınmasının mümkün variantlarını müzakirə etməyə başladı”.

L. Baqdasaryan hesab edir ki, hazırda erməni cəmiyyəti müharibədə döyüşməmək üçün Qarabağı güzəştə getməyə razıdır.

Publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.