Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklərə qiymət verəcək

5-09-2016, 23:28           
Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına ediləcək dəyişikliklərə qiymət verəcək
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda sentyabrın 26-na təyin olunmuş referendumda Konstitusiyaya ediləcək dəyişikliklərə qiymət verilməsi üçün Venesiya Komissiyasına müraciət edib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, AŞPA-nın Parisdə keçirilən iclasında Venesiya Komissiyasından Azərbaycan Konstitusiyasına ediləcək dəyişiklilklərə qiymət verməyi xahiş edib.

Venesiya Komissiyasının dəyişikliklərin beynəlxalq normalara uyğunluğunu nə vaxt qiymətləndirəcəyinə dair məlumat verilmir.

Assambleyada bildiriblər ki, bu məsələ ilə bağlı vəziyyətə nazarət etmək məqsədilə AŞPA bürosu əsas siyasi qrupların nümayəndələri və qurumun məruzəçilərinin iştirakı ilə Alt Komitə yaratmaq qərarına gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru