Namizəd olmayacaq deputat məsləhət vermək istəyir - Planlarını açıqladı

21-07-2024, 09:04           
Namizəd olmayacaq deputat məsləhət vermək istəyir - Planlarını açıqladı
"Neçə il idi ki, şirkətlərə məsləhət vermək istəyirdim. İki böyük şirkətin təklifi var. Məsləhətçi kimi fikirlərimə ehtiyac duyurlar. Bu fəaliyyətlə məşğul olacam".

Bunu Qaynarinfo-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

III, IV, V və VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olan Rüfət Quliyev bu seçkidə namizəd kimi iştirak etməyəcək: "Deputatlıqdan əvvəl sahibkar idim, 39 ildir Azərbaycan Texniki Universitetində dərs deyirəm. Hazırda üç ali məktəbdən təklif gəlib. İki universitetin təkliflərinə baxıram. İqtisad elmlər doktoru, professor kimi uzun müddət müəllimlik fəaliyyəti ilə məşğul olmuşam və bu yola davam edəcəm. İstəyirəm elmlə məşğul olum. Bundan əlavə, həm də CBC kanalında iki verilişin - "Sahibkar saatı" və "Dünya iqtisadiyyatı və Azərbaycan"ın müəllifiyəm. Planlarım çoxdur, bunların hamısını həyata keçirməliyəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru