Baydenlə Lyayen Rusiyaya qarşı addımları və Kiyevə yardımı müzakirə ediblər

21-07-2024, 09:14           
Baydenlə Lyayen Rusiyaya qarşı addımları və Kiyevə yardımı müzakirə ediblər
ABŞ Prezidenti Cozef Bayden Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen ilə telefon danışığında Ukraynaya yardım və Rusiyaya qarşı tədbirləri müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.

Onlar Ukraynaya dəstəyi və münaqişəyə görə Rusiyanı məsuliyyətə cəlb etmək səylərini müzakirə ediblər.

Tərəflər güclü ABŞ-Aİ münasibətlərinə və dünyanın ən böyük problemlərini həll etmək üçün birgə işləməyə sadiq olduqlarını bir daha təsdiq ediblər.

Qeyd edək ki, Ursula fon der Lyayen növbəti beşillik müddətə Avropa Komissiyasının (AK) sədri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru