Ayətullah Xamenei: "İran Qərblə yaxınlaşa bilər"

29-07-2024, 12:38           
Ayətullah Xamenei: "İran Qərblə yaxınlaşa bilər"
İranın dini lideri Ayətullah Əli Xamenei ölkənin yeni Prezidenti Məsud Pezeşkiyanın rəhbərliyi altında Qərblə mümkün yaxınlaşmasını açıqlayıb.

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Onun fikrincə, əgər Qərb sanksiyalara yenidən baxarsa, İranla Qərb arasında münasibətlər dəyişə bilər.

Qeyd edək ki, iyulun 28-də Pezeşkian Xamenei tərəfindən rəsmən prezident seçilib. Vəzifəyə başladıqdan sonra o, konstruktiv və effektiv xarici siyasətə sadiq olduğunu bəyan edib.

Bundan əvvəl Ayətullah Xamenei İranın yeni islahatçı prezidenti Pezeşikanı sələfi İbrahim Rəisinin kursunu davam etdirməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru