YAP-dan Səttar Möhbalıyevin namizədliyinə reaksiya: - "O, heç vaxt..."
29-07-2024, 18:49
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyevin Yeni Azərbaycan Partiyası ilə bağlılığı yoxdur. İndiyə kimi o, parlamentə bitərəf kimi deputat seçilib. Bu da normal bir haldır.
Bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev Səttar Möhbalıyevin 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verməsinə münasibət bildirərkən deyib.
Musa Quliyev Həmkarlar İttifaqının sədrinin adətən bitərəf şəxs olduğunu bildirib: “Bəziləri yazır ki, YAP-ın siyahısında Səttar Möhbalıyevin adı yoxdur və s. Bu doğru deyil. O, heç vaxt YAP üzvü olmayıb. Həmkarlar İttifaqının sədri bitərəf adam olmalıdır ki, o siyasi baxışından asılı olmayaraq hər kəsin mövqeyini qoruya bilsin”.
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri Səttar Möhbalıyev iyulun 26-da təşkilatın növbədənkənar qurultayının çağırılması barədə qərar verib.