İsrailin müdafiə naziri amerikalı həmkarı ilə "Hizbullah"ın Colan təpələrinə hücumunu müzakirə edib
30-07-2024, 12:44
İsrailin müdafiə naziri amerikalı həmkarı ilə "Hizbullah"ın Colan təpələrinə hücumunu müzakirə edib İsrailin müdafiə naziri Yoav Qalant Pentaqonun rəhbəri Lloyd Ostin ilə telefon danışığı aparıb. APA xəbər verir ki, bu haqda məlumatı İsrail hərbi idarəsinin mətbuat xidməti bildirib.
Söhbət zamanı Qalant, ölkəsinin “Hizbullah” hərəkatını Colan təpələrindəki hücuma görə məsuliyyət daşımağa məcbur edəcəyini və “Hizbullah”ın hücuma görə ağır cavab verəcəyini bildirib.
Məlumatda bildirilir ki, Qallant Ostinə raket hücumu haqqında ətraflı məlumat verib və raketin 50 kiloqram partlayıcı ilə dolu olan İran raketi olduğunu deyib.