ABŞ 87 tankını Polşaya göndərir

30-07-2024, 17:24           
ABŞ 87 tankını Polşaya göndərir
ABŞ NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində Almaniyadakı hərbi bazalardan zirehli texnika və artilleriya qurğularını Polşaya köçürür.

Polşanın mərkəzi hissəsindəki Povidz hərbi bazasına 87 tank, 150 piyada döyüş maşını və 18 özüyeriyən artilleriya qurğusu göndəriləcək.

Məlumata görə, NATO-nun şərq cinahını gücləndirmək üçün planlaşdırılan əməliyyatın bir hissəsi kimi texnikanın köçürülməsi sentyabrın sonuna qədər davam edəcək.

Qeyd edək ki, tikintisinə 2022-ci ilin yayında başlanılan Povidzdəki bazada ABŞ texnikası və sursatları üçün anbar 2025-ci ildə tam hazır olacaq.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru