ABŞ Rusiya, Çin və İranı seçkilərə müdaxilə cəhdində ittiham edib

31-07-2024, 00:12           
ABŞ Rusiya, Çin və İranı seçkilərə müdaxilə cəhdində ittiham edib
“Rusiya, Çin və İran təbliğat aparmaq üçün amerikalıları cəlb edərək seçkilərə müdaxiləyə cəhd edir”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiya, Çin və İranı təbliğat aparmaq üçün amerikalıları cəlb edərək seçkilərə müdaxilə cəhdində ittiham edib. AYNA xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Direktorunun ofisinin internet saytında dərc olunan hesabatda bildirilib.

“Birləşmiş Ştatlar seçkilərə təsir göstərməyə cəhd edən fəaliyyətlər həyata keçirən və ya planlaşdıran xarici faktorları izləməyə davam edir. Konkret olaraq, bunlara Rusiya, Çin və İran daxildir”, - hesabatda qeyd olunub.

ABŞ kəşfiyyatının məlumatına görə, Moskva, Pekin və Tehranın gündəmini yaymaq məqsədi ilə sosial şəbəkələrdə müəyyən məzmunlar yerləşdirən amerikalıları cəlb olunur. Departament həmçinin Rusiyanı Amerika seçkiləri üçün ən böyük təhlükə adlandırıb.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Çin ABŞ-dakı prezident seçkilərinə müdaxilə etmək niyyətində deyil və Amerika tərəfini dezinformasiyanın yayılmasını dayandırmağa çağırır. O, həmçinin vurğulayıb ki, Pekin Vaşinqtonu “Çini ləkələyən və seçkilərin keçirilməsinə mane olan” dezinformasiya və böhtan yaymağı dayandırmağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru