Ceyms O`Brayen: "ABŞ Ermənistanın Rusiyadan uzaqlaşması üçün şərait yaradır"

31-07-2024, 15:44           
Ceyms O`Brayen: "ABŞ Ermənistanın Rusiyadan uzaqlaşması üçün şərait yaradır"
"ABŞ Ermənistanın Rusiya ilə ənənəvi sıx münasibətlərdən əl çəkməsi üçün şərait yaratmağa çalışır".

TASS xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib.

Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı çıxış edən diplomat bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün atdığı "cəsur addımları" alqışlayır.

O`Brayenin sözlərinə görə, müharibədəki məğlubiyyət Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsində Rusiyadan uzaqlaşmaq istəyi yaradıb və ABŞ hazırda bunun baş verməsi üçün şərait yaradır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.