"Əflatun Amaşovun yanaşması orijinaldır, amma..."

8-09-2016, 23:25           
"Əflatun Amaşovun yanaşması orijinaldır, amma..."
Bu günlərdə Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyri-peşəkar jurnalistlərlə bağlı maraqlı açıqlama ilə çıxış edib. Çap mediasındakı problemlərə qarşı mübarizə aparmağın daha asan və effektiv olduğunu vurğulayan millət vəkili, savadsız, qeyri-peşəkar şəxslərin onlayn mediada özlərinə yer tapdığını, elektron mediada məlum problemin ciddi şəkildə hiss edildiyini bildirib.
Maraqlıdır, doğrudanmı savadsız və qeyri-peşəkar jurnalistlər yalnız onlayn mediada mövcuddur? Həqiqətənmi çap mediasında çalışan hər bir jurnalistlər peşəkarlıq göstəricisinin bütün tələblərinə cavab verir? Ümumiyyətlə, çap və ənənvi media arasında belə bir bölgü aparmağın özü nə dərəcədə doğru və məntiqlidir?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən "Yeni Nəsil" Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev bu cür yanaşmanın doğru olmadığını vurğuladı:
"Mən ənənəvi və onlayn mediası arasında hər cür bölgü və müqayisəyə şahid olmuşdum. Lakin belə bir bölgüyə ilk dəfədir ki, şahidlik edirəm. Ə.Amaşovun məsələyə bu cür yanaşması orijinal bir yanaşmadır və mən bu yanaşmanı doğru hesab etmirəm. Düşünmürəm ki, qeyri-peşəkar jurnalistlər yalnız onlayn mediasında mövcuddur. Ümumiyyətlə, düşünürəm ki, bu, dərin təhlil və izaha ehtiyacı olan bir yanaşma deyil".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.