NATO Ukrayna münaqişəsini öz münaqişəsinə çevirir
6-08-2024, 11:54
Visbadendə Ukrayna silahlı qüvvələri üçün operativ nəzarət qərargahının yaradılması NATO-nun münaqişədə birbaşa iştirak planlarını göstərir.
Şimali Atlantika Alyansının (NATO) Rusiya ilə bağlı yeni planı blokun Ukrayna münaqişəsində birbaşa iştirakına əsaslanacaq. Hərbi müşahidəçi, ehtiyatda olan polkovnik Viktor Baranets bu barədə "RT"yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, son iki ildə NATO Ukraynadakı tapşırıqlara uyğunlaşır, lakin sursat, şəxsi heyət və silah çatışmazlığı səbəbindən bütün hərəkətlər uğursuz hesab edilir.
"NATO özünün hər bir üzvünə Ukraynaya nəyi, nə qədər və nə vaxt verilməli olduğu tapşırıb – bu, uyğunlaşmadır. Sonra dərin uyğunlaşma gəlir: bu, Ukrayna silahlı qüvvələrinə birbaşa nəzarətə aiddir" – o, bildirib.
Ekspert qeyd edib ki, Visbadendə Ukrayna silahlı qüvvələri üçün operativ nəzarət qərargahının yaradılması NATO-nun münaqişədə birbaşa iştirak planlarını göstərir. Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında qərbli mütəxəssislərin sayı artıb.
"İndi Kiyevdə onların sayı daha çox olacaq. Əslində NATO-nun Ukraynada Rusiya ilə münaqişəni öz müharibəsinə çevirdiyini deyə bilərik" – Baranets dəqiqləşdirib və əlavə edib ki, Rusiya da yeni şərtlərə uyğunlaşacaq.
Bundan əvvəl ABŞ və NATO-nun Rusiyaya qarşı yeni plan hazırladığı bildirilirdi.