İsrailin xarici işlər naziri HƏMAS-ın yeni liderinin ölümünə çağırış edib

8-08-2024, 17:34           
İsrailin xarici işlər naziri HƏMAS-ın yeni liderinin ölümünə çağırış edib
İsrailin Livanda İranın dəstəklədiyi Hizbullah komandirinin, keçən həftə isə Tehranda Sinvarın sələfinin öldürülməsindən sonra İranın İsraildən qisas almağa hazırlaşdığını dediyi bir vaxt, İsrailin xarici işlər naziri HƏMAS-ın yeni təyin olunmuş lideri Yəhya Sinvarın ölümünə çağırıb.

Xarici işlər naziri İsrael Katz X səhifəsində deyib ki, əzəli terrorist adlandırdığı Sinvarın təyin edilməsi, “onu tez bir zamanda aradan qaldırmaq və bu çirkin təşkilatı yer üzündən silmək üçün daha bir tutarlı səbəbdir”.

İsrail HƏMAS-ın əvvəlki lideri İsmayıl Haniyənin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürməsə də, İran liderləri İsraili günahlandırıb və cavab verəcəklərini vəd edib.

HƏMAS çərşənbə günü İsrailə qarşı 7 oktyabr terror hücumunun memarlarından biri olan Sinvarı yeni lider olaraq göstərib və Katz bu addımın "dünyaya Fələstin məsələsinin indi tamamilə İran və HƏMAS tərəfindən idarə olunduğuna dair açıq mesaj olduğunu" deyib.

Katz həmçinin deyib ki, İsrail İranın daha bir "ekstremist istehkamı" yaratmasının qarşısını almaq üçün işğal etdiyi İordan çayının qərb sahilində təhlükəsizlik nəzarətini saxlamalıdır.

"Başqa hər şey regionda daha bir İran forpostunun yaradılması ilə nəticələnəcək və bu, dünya və regionun qarşısında partlayacaq", Katz deyib.

İsrail ordusu militantların fəaliyyətini və İsrailə qarşı potensial hücumları dayandırmaq məqsədi daşıdığını iddia edərək, İordan çayının qərb sahilində dəfələrlə reydlər keçirib. Oktyabr ayında Qəzzada müharibə başlayandan bəri İordan çayının qərb sahilində İsrailin açdığı atəşlər nəticəsində 600-ə yaxın insan ölüb.

Hizbullah liderinin keçən həftə İsrailin komandirlərindən biri olan Fuad Şükürünü Beyrutda öldürməsinə cavab verəcəyinə söz verməsinsən sonra regional münaqişənin genişlənməsi ehtimalı ilə bağlı beynəlxalq narahatlıqlar artıb.

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı regionda hər kəsin "gərginliyi gücləndirəcək deyil, sakitləşdirəcək qərarlar qəbul etməli" olduğunu deyib.

"Biz əsgərlərimizi müdafiə etməyə davam edəcəyimiz kimi, İsraili də terrorçu qrupların və ya onların sponsorlarının hücumlarından müdafiə etməyə davam edəcəyik. Lakin regionda hər kəs başa düşməlidir ki, gələcək hücumlar hər kəs üçün yalnız münaqişə, qeyri-sabitlik və etibarsızlığı davam etdirir. Və sonrakı hücumlar yalnız heç kimin proqnozlaşdıra bilməyəcəyi və heç kimin tam nəzarət edə bilməyəcəyi təhlükəli nəticələrin riskini artırır" - deyə, Blinken bildirib.

Blinken deyib ki, Qəzzada münaqişəyə son qoymağın və bölgəyə sakitlik gətirməyin yeganə yolu Qəzzada uzun müddətdir gözlənilən atəşkəsin təmin edilməsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.