Daha bir partiya "Bahalığa son qoyulsun!" mitiniqi keçirəcək

10-09-2016, 09:18           
Daha bir partiya "Bahalığa son qoyulsun!" mitiniqi keçirəcək
"Azərbaycan demokratik dövlətdir. Bu demokratiyanın oturuşmasında ölkə prezidentinin əməyi danılmazdır. Bu, ölkədə mitinq eləmək istənilən siyasi partiyanın hüququdur. Son zamanlar bəzi adamlar cəfəng fikirlər səsləndirir ki, Milli Şuranın keçirmək istədiyi mitinqi Qərb dövlətləri təşkil edir. Bu yalan informasiyadır”.

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, ölkədə vətəndaşların hüququ tanınır: "Azərbaycan hüquqi dövlətdir, insanların hüquqları tanınır. Mitinq etmək də həmin hüquqlardan biridir. Yaxın günlərdə bizim partiya da mitinq keçirəcək. Mənim özüm də Qərb ölkələrinin diplomatları və ABŞ səfiri ilə görüşlər keçirmişəm. Onda belə çıxır ki, mən də onlardan təlimat almışam? Biz də "Bahalığa son qoyulsun!", "Prezidentə xəyanət etmiş məmurlar ifşa olunsun!" ələbi ilə aksiyalar keçirəcəyik. Bu gün bütün ərzaqların qiyməti qalxıb. Kənd təsərrüfatı naziri məsuliyyətə cəlb olunmalıdır. Mən prezidentə zəng vurub bu mitinqi təşkil edən daxili qüvvələrin adlarını çəkə bilərəm. Prezidentin ABŞ və Avropa ilə yaxşı münasibətləri bərqərar olan kimi daxildə olan satqınlar başlayır qıcıqlandırıcı addımlar atmağa. Əgər ABŞ, Qərəb referenduma qarşı olsaydı, bu barədə bəyanatları olardı, amma göründüyü kimi onlar buna etiraz etməyiblər. Onlar da anlayır ki, islahat üçün bu referendum vacibdir. Prezident bu referendumu etdikdən sonra səlahiyyətləri daha da artacaq və ətrafında olan həmin yırtıcıları təmizləməyə başlayacaq. İndiki halda bunu etmək üçün hüquqi baza yetərli deyil. Cənəb prezident referendumdan sonra bu məmurların hamısını "buracaq". Ona görə də onlar Milli Şuradan istifadə edib mitinq edirlər. Əli Kərimlidən, Cəmil Həsənlidən qorxmağa ehtiyac yoxdur. Bunlar 23 ildir ki, mitniq edərlər. İndiyənə qədər nəyə nail olublar ki, bundan sonra da nəyəsə nail olalar?”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.