Qarabağda dünyanı silkələyəcək toqquşma

11-09-2016, 02:36           
Qarabağda dünyanı silkələyəcək toqquşma
ABŞ və Rusiyanın Qarabağ münaqişəsinin həllini arxa plana keçirməsi hərbi əməliyyatların bərpasına zəmin yaradır. A24.Az xəbər verir ki, ötən gün ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 15 saatlıq danışıqlardan sonra Suriyada atəşkəs razılığına gəlmələri ATƏT-in Minsk qrupunun həmsədrləri olan bu ölkələrin Qarabağ münaqişəsinin həllində eyni fəallığı göstərməmələrinə dair sualları yenidən aktualaşdırır. Maraqlıdır ki, Qarabağ cəbhəsində bu il aprelin əvvəlində baş vermiş “Dördgünlük müharibə”nin dayandırılmasından ssonra ABŞ və Rusiya rəsmiləri münaqişənin ən qısa vaxtda aradan qaldırılmasına cəhd göstərəcəklərini bəyan etmişdilər. Lakin qeyd olunduğu kimi, ötən müddətdə Qarabağ danışıqlarında heç bir irəliləyiş baş verməyib.
Mövzu ilə bağlı A24.Az-a açıqlama verən politoloq Elxan Şahinoğluda Qarabağ münaqişısinin həllinin ABŞ və Rusiya üçün arxa plana keçdiyini vurğulayıb:
“Qarabağ münaqişəsinin həlli iki həmsədr dövlət – Rusiya və ABŞ üçün arxa plana keçib – onlar yalnız apreldə fəallaşdılar. Bu da ona görə baş verdi ki, bölgədə müharibə gərginliyi artdı. Belə çıxır, yenidən hərbi toqquşmalar başlamalıdır ki, ABŞ və Rusiya Dağlıq Qarabağın münaqişəsinin həllinə maraq göstərsinlər. Doğrusu, işğalçını təzyiq altında saxlamaq üçün bizim də başqa alternativimiz qalmayıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru