Dağlıq Qarabağ Azərbaycana bu yolla verilə bilər - Amerikalı həmsədr açıqladı

12-09-2016, 00:47           

"Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını nəzərdə tutur".

Qaynarinfo.Az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "İnterfaks"a müsahibəsində bildirib.

Agentliyin "sizcə, bu mübahisə öz həllini tapa bilərmi?" sualına həmsədr "əlbəttə" deyə cavab verib:

"Əlbəttə. Nizamlanma Dağlıq Qarabağa status verilməsi müqabilində ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasını nəzərdə tutur. Bu nizamlanmanın şərtləri idi, lakin yeganə şərti deyildi. Qaçqınların qayıtması, beynəlxalq sülhməramlı qüvvələrin iştirakı da var. Bütün bu elementlər sülh yolu ilə nizamlanmanın şərtləridir və onların hamısı məlumdur. Bizə bütün bu şərtlərin birləşdirilməsi üsulunu tapmaq və sülh yolu ilə nizamlanmaya nail olmaq üçün tərəflərlə işləmək lazımdır, bundan qazanan region əhalisi olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru