Siyavuş Novruzov: "Hakimiyyət daxilində insanları narazı salan qüvvələr var"

12-09-2016, 12:41           

"Radikal müxalifətin bu mitinqi əvvəlki mitinqlərdən heç nə ilə fərqlənmədi”.

Bunu virtualaz.org-a Milli Şuranın bugünkü aksiyasını şərh edərkən hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

"Mitinqə gələnlər AXCP üzvləri və ya Əli Kərimlinin tərəfdarları deyildilər. Ola bilsin bu insanlar sadəcə sosial-iqtisadi vəziyyətdən narazıdırlar. O da mümkündür ki, hakimiyyətdaxili qüvvələr arasında bu narazılığı qəsdən yaradanlar var. Və biz indi məhz bu məsələ üzərində işləməliyik. Mitinqdə Əli Kərimlinin tərəfdarları isə cəmi 1000 nəfərə yaxın idi”, - deyə S. Novruzov vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.