İlya Yaşin Almaniyanın siyasi sığınacağından imtina edib
22-08-2024, 08:54
Mübadilə çərçivəsində azadlığa çıxmış rusiyalı müxalif fəal İlya Yaşin Almaniyanın verdiyi siyasi sığınacaqdan imtina edib. Bunu o, “Bloomberg”ə müsahibəsində deyib.
Yaşinin sözlərinə görə, sığınacaqla razılaşmaq onun Rusiyaya qayıda bilməyəcəyi anlamına gələcək. Almaniya Daxili İşlər Nazirliyi bunu şərh etməyib.