Şolts Moldovanın Aİ-yə daxil olmaq istəyini dəstəkləyib

22-08-2024, 10:34           
Şolts Moldovanın Aİ-yə daxil olmaq istəyini dəstəkləyib
Almaniya kansleri Olaf Şolts Moldova hakimiyyətinin Avropa İttifaqına (Aİ) daxil olmaq planlarını dəstəkləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Şolts Moldovaya səfəri zamanı ölkə Prezidenti Maia Sandu ilə birgə mətbuat konfransında bildirib.

"Biz Moldova Respublikasını Avropa İttifaqına gedən yolda dəstəkləyirik. Bu qərarın qəbul edilməsi bizim üçün çox vacibdir və biz bunun mümkün olması üçün çox çalışdıq. Biz Avropa İttifaqının genişlənməsinə müsbət yanaşırıq. Hesab edirik ki, indi nəhayət ki, üzvlük proseslərini başa çatdırmaq lazımdır", - Şolts deyib.

Almaniya kansleri xatırladıb ki, Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə müəyyən meyarlara cavab verməlidir: "Almaniya Moldovanı bütün bu problemlərin həllində fəal dəstəkləyənlərdən biridir və bu yolla üzvlük prosesi sürətlə irəliləyir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru