Kremlin Ukrayna ordusunu yaxın həftələrdə, hətta aylarda ərazisindən necə çıxaracağına dair konkret planı yoxdur.

22-08-2024, 12:53           
Kremlin Ukrayna ordusunu yaxın həftələrdə, hətta aylarda ərazisindən necə çıxaracağına dair konkret planı yoxdur.
Rusiya təbliğat maşını Kremldən yeni tapşırıq alıb. İctimaiyyətə izah ediləcək tapşırığın təxmini məğzi belədir:
“Müharibə şəraitində bütün çətinliklərə dözməliyik. Düşmən ərazimizə daxil olub, bunu faciəyə çevirməyək, anormal bir durum yoxdur”.
Rusiya cəmiyyətinə hazırki durumun “normal” olduğunu ona görə izah edirlər ki, Kremlin Ukrayna ordusunu yaxın həftələrdə, hətta aylarda ərazisindən necə çıxaracağına dair konkret planı yoxdur.
Rusiya kanallarında çıxış edənlər Ukrayna ordusunun Kursk bölgəsini tərk etməsi üçün hətta öz ərazilərini bombalamağı tövsiyyə edirlər.
Bombalanma zamanı bu dəfə Ukraynanın deyil Rusiya şəhərlərinin, qəsəbələrinin, kəndlərinin dağılacağı, öz vətəndaşlarının öləcəyi həmin “ekspertləri” az maraqlandırır.
Onlar hesab edirlər ki, əhali “böyük Rusiya” naminə itkilərə hazır olmalıdır.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru