Bizə konstitusiya dəyişiklikləri yox, yeni Konstitusiya lazımdır - Erməni nazir

30-08-2024, 16:34           
Bizə konstitusiya dəyişiklikləri yox, yeni Konstitusiya lazımdır - Erməni nazir
Nazir əlavə edib ki, komissiyanın işçi iclaslarında Konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi məsələsi müzakirə olunmayıb.
Ermənistanda konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır. Bu barədə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bildirib.
Müddətlər ilkin olaraq konstitusiya islahatı komissiyasının işçi müzakirələri zamanı müəyyən edilib.
Nazirin qeyd edib ki, kompleks sənəd üzərində ətraflı iş görülməlidir və ictimai müzakirələr aparılacaq.
Onun sözlərinə görə, əvvəlcə mövcud Konstitusiyaya dəyişikliklərin edilməsi, yoxsa yeni əsas qanunun qəbul edilməsi ilə bağlı müzakirələr olub və sonda ikinci variantı seçiblər.
"Biz müzakirə etdik və konsensusa gəldik. Bizə konstitusiya dəyişiklikləri yox, yeni Konstitusiya lazımdır" - Minasyan qeyd edib.
Nazir əlavə edib ki, komissiyanın işçi iclaslarında Konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi məsələsi müzakirə olunmayıb, Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması məsələsinə də baxılmayıb.
Hazırkı Ermənistan konstitusiyası Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması üçün də əngələ çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında bunu açıq və qəti söyləyib: “Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru