“Mənə təzyiq etmək mümkün deyil” –Vüsalə Mahirqızı
16-09-2016, 09:10
“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı APA Tv-nin əməkdaşı Fərahim İlqaroğlunun işdən çıxarılması ətrafında qaldırılmış səs-küyə reaksiya verib.
Öz facebook səhifəsində məsələyə münasibət bildirən Vüsalə Mahirqızı baş verənləri aşağıdakı kimi izah edib:
“”APA Holding”də adamları işə mən qəbul edib, mən də işdən çıxarıram. Nə işə götürəndə kimdənsə rəy alıram, nə də çıxaranda. Bəlkə bundan sonra qəbul və işdən azad etməni “facebook” istifadəçilərinin müzakirəsinə təqdim edib, sonra məsələni həll etməliyik?
Mənə bu müzakirələrlə təzyiq etmək mümkün deyil. Hər işçiyə işdən çıxma səbəbi izah olunur. İş üçün ayrılmış vaxtda işlə məşğul olmaq lazımdı. Çirkinləşməyin!”.
Xatırladaq ki, bəzi saytlar jurnalistin işdən çıxarılmasına virtualaz.org və haqqin.az saytlarının baş redaktoru Eynulla Fətullayevlə facebook-da Milli Şuranın sonuncu mitinqi ilə bağlı mübahisəsinin səbəb olduğunu yazıb.