“Səməd Seyidov axsaya-axsaya Milli Məclisə gəldi və...”

16-09-2016, 14:35           
“Səməd Seyidov axsaya-axsaya Milli Məclisə gəldi və...”
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun ermənipərəst mövqeyi ilə seçilən və Azərbayanın "persona non-grata" elan etdiyi Rene Rukenin dəvəti ilə Parisə səfər etməsi ölkənin siyasi arenasında ciddi narazılıqlara yol açıb.
Bu səfərə ilk olaraq ən kəskin reaksiya "Atlas " Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlundan gəldi. Politoloq millət vəkilinin erməni təssübkeşinin dəvəti ilə Parisə səfər etməsini pislədi və bunu siyasi səhv adlandırdı. S. Seyidov isə cavabında politoloqun yanaşmasının siyasi savadsızlıqdan irəli gəldiyini söyləyrək ermənilərin meydan suladığı platformlarda iştirak etməyin vacib olduğunu vurğuladı. Maraqldır, görəsən baş verənlərlə bağlı ictaimaiyyət nümayəndləri nə düşünürlər?
Mövzuyla bağlı Savash.org-un sualını cavablandıran Azadlıq Təşkilatının sədri Akif Nağı da Səməd Seyidovun məlum addımını pisləyib: "Səməd Seyidovun da Elxan Şahinoğlunun da arqumentləri ilə tanış oldum. Amma S.Seyidovun fikirləri mənə inandırıcı gəlmədi. Biz həmişə bu cür proseslərin, görüşlərin əlehinə olmuşuq. Xüsüsən də Azərbaycanda və ya Ermənistanda tədbir keçirəndə Azərbaycan və Ermənistan nümayənlərinin bir yerdə olmasının həmişə əleyhinə olmuşuq. Xarici ölkələrdə tədbir keçirilirsə, Azərbaycan nümayəndəsi orada Ermənistan nümayəndəsilə müzakirə aparmalı deyil. Çünki müzakirə aparmaq artıq əməkdaşlıqdır. Bizə lazım olan odur ki, xarici tədbirlərdə istənilən tribunadan Ermənistanın işğalçı siyasətini ifşa edək. Bizim mövqeyimiz bundan ibarət olmalıdır. Həmin tədbirdə S.Seyidovun Ermənistanın işğalçı siyasətini ifşa edən çıxışının olub- olmadığını bilmirəm. Amma hər halda bu tədbiri ermənipərəst deputat təşkil edirsə, onların məqsədi ermənilərin mövqeyini qabartmaqdır. Ermənilərin xəttinə xidmət göstərməkdir. Çünki o tədbirlər ermənilərlə birgə təşkil olunur. Hesab edirəm ki, S. Seyidovun gedib orda iştirak etməsi yanlış addım idi. Düzgün deyildi".
Bundan başqa, S.Seyidovun ümumi fəaliyyətinə münasibət bildirən A.Nağı qeyd edib ki, o, S. Seyidovun davamlı şəkildə Azərbaycanın mövqeyini müdafiə etməsini görməyib: " AŞPA da Azərbaycan nümayəndə heyyətinin rəhbəridir. Bu ilin yanvar ayında AŞPA da Azərbaycanla, Dağlıq Qrabağla bağlı iki qətnamə müzakirə olunurdu. Həmin qətnamələrin qəbul olunmasına bir neçə səs çatmadı. Sərsəng su anbarı ilə bağlı qətnamə qəbul olundu. Amma əsas qətnamə qəbul olunmadı. S. Seyidov həmin tədbirə getmədi deyə həmin vəziyyət yarandı. Sonradan axsaya- axsaya Millli Məclisə gəldi ki, guya ayağı ağrıyırmış, əməliyyata gedibmiş. Bu da inandırıcı görünmədi. Ona görə də, S.Seyidovun mövqeyi ilə bağlı müəyyən şübhələr var. AŞPA -nın rəhbrədir, xarici siyasətlə bağlı mövqe ortaya qoyan bir adamdır. Onun bu vəzifədə qalması Azərbaycan üçün müəyyən məqamlarda arzuolunmaz nəticələr verə bilər. Onun həmin postda saxlanılması mümkün deyil".

Savash.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.