Müsavat Başqanı AXCP sədrliyinə namizədin xahişinə “yox” dedi

18-09-2016, 03:04           
Müsavat Başqanı AXCP sədrliyinə namizədin xahişinə “yox” dedi
Xəbər verildiyi kimi sabah Müsavat Partiyası “Məhsul” stadionunda mitinq keçirəcək. Partiyanın təşkil edəcəyi bu kütləvi aksiya qarşıdan gələn 26 sentyabr referendumuna etiraz əlaməti daşıyır.
Mitinqdə əsasən Müsavat Partiyasının üzvlərinin çıxışı nəzərdə tutulsa da bəzi tanınmış ictimaiyyət nümayəndələrinin də çıxış edəcəyi gözlənilir. AXCP üzvü Sahib Kərimli də Müsavat Partiyasına müraciət edərək bu mitinqdə çıxış etmək istəyini bildirib. Amma ona “yox” cavabı verilib.
Sahib Kərimli Moderator.az-a açıqlamasında bildirdi ki, ona mənfi cavabı şəxsən Müsavat başqanı Arif Hacılı verib: “Mən Müsavat Partiyasının sabah keçirəcəyi mitinqdə çıxış etmək istəyirdim. Amma təəssüflər olsun ki, bu istəyimə partiya, konkret partiyanın sədri Arif Hacılı tərəfindən razılıq verilmədi. O, mənə şəxsən bildirdi ki, mitinqdə çıxış etmək istəyinizə müsbət cavab verə bilməyəcəyik.”
Xatırladaq ki, Sahib Kərimli AXCP-nin son qurultayında partiya sədrliyinə namizəd olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru