Avropa İttifaqı Ukraynaya 35 milyard avroya yaxın kredit verir

Bu gün, 11:14           
Avropa İttifaqı Ukraynaya 35 milyard avroya yaxın kredit verir
“Avropa İttifaqı Ukraynaya 35 milyard avroya yaxın (39 milyard dollar) kredit verəcək”, Avropa Komissiyasının sədri Ursula fon der Leyen cümə günü Kyivdə səfərdə olarkən deyib.

Kredit Yeddilik Qrupu (G7) ölkələrinin Kremlin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Rusiyaya qarşı sanksiyalar nəticəsində dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etmək planının bir hissəsidir.

"Rusiyadan davamlı hücumlarla Ukraynanın Aİ-nin davamlı dəstəyinə ehtiyacı olduğu anlamına gəlir" - deyə, fon der Leyen X platformasında yazıb.

Ukrayna prezidenti Volodimir Zelenski Leyenlə birgə mətbuat konfransında deyib ki, Ukrayna “Aİ-nin təklif etdiyi çox milyard dollarlıq kreditdən hava hücumundan müdafiə sistemləri, enerji və digər avadanlıq, texnologiya və silahların alınması üçün istifadə etməyi planlaşdırır.

“Ukraynanın Rusiyaya qarşı müharibədə “qələbə planı” müttəfiqlərin bu il verəcəyi sürətli qərarlardan asılıdır” - deyə Zelenski bildirib.

O, sentyabrın 26-da keçiriləcək görüş zamanı müzakirə ediləcək qələbə planının təsdiqində prezident Co Baydenin rolunu qeyd edib.

“Planla bağlı qərarların çoxu ondan asılıdır (Baydendən). Digər müttəfiqlərdən də, lakin ABŞ-ın xoş niyyətindən və dəstəyindən asılı olan müəyyən məqamlar var” - deyə, Zelenski bildirib.

“Plan tərəfdaşlarımızın sürətli qərarlarına əsaslanır. Plan bu proseslərin ləngiməsinə deyil, oktyabrdan dekabra qədər qəbul edilməli olan qərarlara əsaslanır” - deyə Ukrayna prezidenti birgə mətbuat konfransı zamanı bildirib.

Cümə axşamı da Avropa Komissiyasının sədri Ursula von der Leyen bu qış təcili humanitar ehtiyaclarını ödəmək üçün Ukraynaya 180 milyon dollar məbləğində yardım veriləcəyini bildirib. Bu məbləğın təxminən 111 milyon dolları Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlir olacaq.

Rusiya Ukraynanın təxminən 9 giqavatlıq (GVt) enerji infrastrukturunu sıradan çıxarıb. Von Der Leyenin dediyinə görə, bu, "üç Baltikyanı ölkənin enerji ekvivalenti" deməkdir.

Maliyyə inyeksiyalarından əlavə, Avropa İttifaqı Ukraynaya zədələnmiş infrastrukturu bərpa etməyə yardım edəcək. Beynəlxalq Enerji Agentliyi cümə axşamı bildirib ki, Ukrayna bu qış elektrik enerjisinə tələbatın pik həddə çatması fonunda 6 giqavat (GVt) çatışmazlıqla üzləşə bilər.
Ukraynada qoyulması üçün Litvadakı yanacaq elektrik stansiyası söküləcək.

Rusiyanın Ukraynaya qarşı müharibəsi zamanı Ukraynanın istilik elektrik stansiyalarının 80%-i məhv edilib. Ölkədəki su elektrik stansiyalarının üçdə biri də istismardan çıxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.