İran XİN prezidentin İsraillə gərginliyi azaltmağa hazır olması ilə bağlı sözlərini təkzib edib

25-09-2024, 17:47           
İran XİN prezidentin İsraillə gərginliyi azaltmağa hazır olması ilə bağlı sözlərini təkzib edib
İran XİN prezidentin İsraillə gərginliyi azaltmağa hazır olması ilə bağlı sözlərini təkzib edib
İranın xarici işlər naziri Abbas Əraqçı prezident Məsud Pezeşkiyanın İsraillə münasibətlərdə gərginliyi/azaltmağa hazır olmasına dair sözləri ilə bağlı “Bloomberg”in yaydığı xəbəri təkzib edib.

“Prezident Məsud Pezeşkian heç vaxt belə bəyanatlar verməyib... ABŞ mediasının bəzi rəhbərləri ilə görüşdə o, “sionist rejimin” Qəzzada törətdiyi cinayətləri və Livana hücumunu qətiyyətlə pisləyib”, o qeyd edib.

Abbas Əraqçı vurğulayıb ki, İran hökuməti İsrailin Livana son hücumunu cavabsız qoymayacaq və Livanı dəstəkləyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru