Blinken Nyu-Yorkda Lavrovu dinləyib

26-09-2024, 09:54           
Blinken Nyu-Yorkda Lavrovu dinləyib
ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken Nyu-Yorkda keçirilən "İyirmilik Qrupu" (G20) ölkələrinin xarici işlər nazirlərinin iclasında Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışında iştirak edib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.

Agentlik yazır ki, Rusiya və ABŞ diplomatik departamentlərinin rəhbərləri demək olar ki, bir-biri ilə üzbəüz oturublar. Blinken rusiyalı nazirin çıxışı başlayandan dərhal sonra zala daxil olub və öz yerini tutub.

Bundan əvvəl Lavrov ABŞ-yə səfəri zamanı çinli həmkarı Van Yi ilə görüşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru