BMT-nin baş katibi Beyrutdakı zorakılığa son qoymağa çağırıb

29-09-2024, 09:54           
BMT-nin baş katibi Beyrutdakı zorakılığa son qoymağa çağırıb
BMT-nin baş katibi Antonio Quterreş Beyrutdakı dramatik eskalasiyadan narahatlığını vurğulayaraq bildirib ki, bölgədəki zorakılıq dövrü dərhal sona çatmalıdır.

Bu barədə BMT-nin baş katibinin ofisindən verilən açıqlamada bildirilir.

Baş katib Beyrutda son 24 saat ərzində hadisələrin dramatik şəkildə artmasından ciddi narahatdır. Bu zorakılıq dövrü indi başa çatmalı və bütün tərəflər uçurumdan geri çəkilməlidir”, – deyə Quttereşin sözçüsü Stefan Dujarrik bildirib.

Baş katibin sözlərinə görə, Livan, İsrail və bütövlükdə bütün Yaxın Şərq xalqı genişmiqyaslı müharibəyə tab gətirə bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru