ABŞ-ın başçılıq etdiyi koalisiya İraqda İŞİD-ə qarşı əməliyyatları yekunlaşdırır

Bu gün, 10:04           
ABŞ-ın başçılıq etdiyi koalisiya İraqda İŞİD-ə qarşı əməliyyatları yekunlaşdırır
İslam Dövləti terror qrupunu məğlub etməyə çalışan qlobal koalisiya İraqda hərbi missiyasını azaltmağa hazırlaşır. Bu, iki-mərhələləri planın bir hissəsidir və ABŞ rəsmiləri onun regiondakı başqa yerlərdə İŞİD əleyhinə əməliyyatlara xələl gətirməyəcəyini bildirir.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq cümə günü müxbirlərə deyib ki, missiya İraq hökuməti ilə ikitərəfli təhlükəsizlik tərəfdaşlığına çevriləcək.

“ABŞ İraqdan geri çəkilmir,” Sinq brifinqdə Amerikanın Səsinin sualına cavabda bildirib. “Mən bununla bağlı əlavə təfərrüat verə bilmərəm,” o deyib.

ABŞ-ın yüksək səviyyəli rəsmiləri cümə günü deyib ki, razılığın ilk mərhələsi dərhal başlayır və bunun bir hissəsi olaraq, koalisiya qüvvələri İraqdakı səylərini bundan sonra bir il ərzində sonlandırmalıdır.

Onların dediyinə görə, ikinci mərhələ gələn sentyabr ayında başlayacaq və ən azı bir il davam edəcək ki, bu da geridə qalan koalisiya qüvvələrinə qonşu Suriyada İŞİD əleyhinə əməliyyatları dəstəkləmək məqsədilə İraqda qalmağa imkan verəcək.

Adlarının anonim qalması şərtilə müxbirlərə məlumat verən ABŞ rəsmiləri iki-mərhələli razılığın İraqda 2500 ABŞ əsgəri və Suriyadakı 900 əsgərə necə təsir edəcəyini deməyib, ancaq onlar da Sinq kimi razılığı ABŞ-ın oradan geri çəkilməsi kimi xarakterizə etməyi rədd edib.

“Bu, İraqda hərbi missiyanın təkamülüdür,” rəsmi əlavə edib. “Biz Birləşmiş Ştatların dünya boyu tərəfdaşları ilə olan məhsuldar, uzun-müddətli təhlükəsizlik münasibətinə doğru yönəlirik.”

Digər rəsmilər deyib ki, koalisiyanın İraqda hərbi roluna son qoymaqla bağlı geniş razılığın olmasına baxmaraq, əsas detallar barədə hələ ki, qərar verilməyib.

İraqda ABŞ əsgərlərinin sayı və ABŞ bazalarının aqibəti “planlaşdırma prosesində və nəzarət altındadır,” ABŞ-ın yüksək səviyyəli müdafiə rəsmisi deyib və vurğulayıb ki, keçidin ilk mərhələsində tətbiq olunacaq dəyişikliklərdən asılı olmayaraq, Bu, Suriyada İŞİD-ə qarşı mübarizə aparan ABŞ qüvvələrinə dəstəyə mənfi təsir göstərməyəcək.

“Bizim mövcudluğumuz dəyişəcək,” Pentaqon sözçüsünün müavini Sabrina Sinq cümə günü müxbirlərə deyib.

Ancaq o bildirib ki, İŞİD-in İraqda törətdiyi təhlükə bir zamanlar olduğu qədər qorxulu olmasa da, ABŞ-ın İraqla münasibəti mühüm olaraq qalır.

“Onların İraqda mövcud olan istinaqgahları artıq yoxdur, nə də ki, istifadə etdikləri,” Sinq Amerikanın Səsinin sualına cavabda deyib.

Uzun zamandır gözlənilən bu açıqlama ABŞ və onlarla başqa ölkənin İŞİD-in öz-özünə elan etdiyi xəlifəliyi ləğv etməyə kömək etmək üçün qüvvələri birləşdirdikdən 10 il sonraya təsadüf edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.