Vans və Valz debat bacarıqlarını təkmilləşdirir, yeni siyasi baxışlar gözlənilmir

Bu gün, 12:08           
Vans və Valz debat bacarıqlarını təkmilləşdirir, yeni siyasi baxışlar gözlənilmir
ABŞ-ın həm Respublikaçılar, həm də Demokratlar Partiyasından vitse-prezidentliyə namizədləri çərşənbə axşamı Nyu-Yorkda “CBS News” kanalında keçiriləcək debata hazırlaşırlar. Amerikanın Səsinin müxbiri Veronika Balderas İqlesias JD Vans və Tim Valzın diqqət çəkə biləcəyi siyasi addımlara və debatın özünün ABŞ prezidentliyi yarışının nəticələrinə təsir edib-etməməsinə nəzər yetirir.

Respublikaçıların vitse-prezidentliyə namizədi JD Vans bu yaxınlarda çərşənbə axşamı Demokrat rəqibi Tim Valzla keçirəcəyi debatda seçicilərə əsas mesajının nə olacağını paylaşıb.

"Namizədlik, mahiyyət, qaçmaq əvəzinə əslində fəxr etdiyimiz göstəricilərə sahib olan komanda. Və əslində planı olan komanda Tramp-Vans komandasıdır", Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Senator JD Vans bildirib.

Respublikaçıların nümayəndəsi Tom Emmer Ohayo senatoruna CBS News tərəfindən Nyu-Yorkda keçiriləcək 90 dəqiqəlik debata hazırlaşmağa kömək edir.

“O, Donald Trampın düzəltdiyi və Harris-Badenin məhv etdiyi iqtisadiyyatdan danışa bilər. O, Trampın düzəltdiyi və onların məhv etdiyi sərhəddən danışa bilər. // O, görsə ki, Tim Valz suallardan qaçmağa cəhd edir, xalqa yaxın hərəkətlərlə diqqəti yayındırmağa cəhd etməyə başlayırƏ onda onu cavab hesabatlılığa çağıracaq".

Minnesota qubernatorunun da debat bacarıqlarını təkmilləşdirdiyi bildirilir. O, seçicilərə göndərdiyi mesajda tez-tez 5 noyabr seçkilərinin nə qədər mühim olduğuna diqqət yetirir.

"Hər şey risk səviyyəsindədir... təkcə növbəti dörd il üçün deyil, növbəti 40 il üçün", Demokratlar Partiyasından vitse-prezidentliyə namizədi, qubernator Tim Valz qeyd edib.

Reproduktiv hüquqlar yəqin ki, Valzın Vansa qarşı ən güclü hücum mövzularından biri olacaq. Bunu Çikaqo Universitetinin politologiya professoru Con Mark Hansen deyir:

"Vansa qarşı prezident Tramp kimi abort qadağasına və ya abortların ölkə daxilində həyata keçirilə biləcəyi çox, çox qısa bir müddətə imza atacağına dair təzyiq ola bilər".

Hansen qeyd edib ki, seçicilər VP namizədlərindən öz kampaniyalarının təklif olunan siyasətlərinin icmalını təqdim edəcəklərini gözləməməlidirlər.

“Debatlar həmişə mahiyyətdən daha çox şou xarakterlidir. Namizədlər onlara verilən sualdan uzaqlaşaraq, ünvanlamaq istədikləri bir məsələdən danışırlar”, Hansen əlavə edib.

Çərşənbə axşamı günü seçicilər vitse-prezidentliyə namizədlərin onlara rahatlıq hissi verib-vermədiyini hiss edə bilər. Hər hansı süqut olmasa...


... Hansen deyir ki, debatın prezidentlik yarışının gedişatını dəyişəcəyi ehtimalı yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.