Sabirabad müşavirəsində alqışlanan təklif: “Balaca Heydəri prezident seçək” – VİDEO

20-09-2016, 08:25           
Sabirabad müşavirəsində alqışlanan təklif: “Balaca Heydəri prezident seçək” – VİDEO
Xəbər veriyimiz kimi Prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafına dair müşavirə keçirib. teref.az “Azərbaycan 24”-ə istinadən xəbər verir ki, müşavirədə veteran pambıqçılar Prezidentin övladı Heydər Əliyevi prezident kimi görmək istədiklərinə dair təkliflər səsləndiriblər. Həmin hissəni yazılı və video olaraq təqdim edirik.
Çıxış edən Kamilxan Rüstəmova: “…Mən Sizə minnətdaram. Mən Heydər Əliyev ailəsindən başqa dövlət başçısı görmürəm, görmək istəmirəm. Yaşım 70-ə çatıb, bəlkə əcəl macal vermədi. Arzum budur ki, İlham Əliyev bu ölkəni daha da çiçəkləndirsin, 90 il Prezident olsun, balaca Heydəri Prezident seçək. Diqqətinizə görə minnətdaram. Hamınızı öpürəm”
Fatma Hüseynova:“…O gün olsun, Allah mənə ömür versin ki, balaca Heydəri prezident görüm. Mən onu Heydər Əliyev deyib çağıranda bəlkə də yaşım azalacaq. Vicdan haqqı, ürəkdən deyirəm.”
[media=https://www.youtube.com/watch?v=ON-oi-i1fzw]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru