Bankanı silkələyən kimdir?

2-10-2024, 12:04           
Bankanı silkələyən kimdir?
Çox sayda qırmızı atəş qarışqasını içində çoxlu qara qarışqa olan bir bankanın içinə qoyun. Ağzını bağlayın. İlk başda heç nə olmayacaq.
Sonra bankanı əlinizə alın, möhkəm silkələyin və yenidən yerinə qoyun. Bankanın içində vəlvələ başlayacaq, qarışqalar bir-birini öldürmək üçün hərəkətə keçəcəklər. Bankanın içinə xaos mühiti bərqərar olacaq.
Qırmızı qarışqalar dava-qırğını qara qarışqaların başlatdığını düşünəcək, qara qarışqalar isə bu xaosun səbəbkarı kimi qırmızı qarışqaları görəcəklər. Ancaq buna səbəb sizin bankanı silkələməyinizdir.
Odur ki, istər sosial şəbəkələrdə, istərsə də başqa mühitlərdə tanımadığınız insanlarla mübahisə etməyə, dalaşmağa başlayanda yaxşıca düşünmək lazımdır – Bankanı silkələyən kimdir?
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru