ABŞ 3 ölkədə agentlər üçün “vakansiya” elan etdi

3-10-2024, 08:38           
ABŞ 3 ölkədə agentlər üçün “vakansiya” elan etdi
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi(CRU) Çin, İran və Şimali Koreyada məlumat verənləri işə götürmək üçün yeni bir kampaniya edib.

TEREF Musavat.com- a istinadən xəbər verir ki, İdarənin “vakansiya” elanında analoji kampaniyanın Rusiyada ciddi uğur gətirdiyi qeyd olunub.

ABŞ-ın yüksək səviyyəli kəşfiyyat agentliyi özünün “X”, “Facebook”, “Instagram”, “Telegram”, “Linkedin” və “Dark” “Web” sosial media hesablarında agentliklə təhlükəsiz əlaqə saxlamaq üçün Çin, Fars və Koreya dillərində təlimatlar yerləşdirib: “Bu sahədəki səylərimiz Rusiyada uğurlu oldu və biz əmin olmaq istəyirik ki, digər avtoritar rejimlərdəki insanlar bizim biznes üçün açıq olduğumuzu bilsinlər”.

Youtube-da yerləşdirilən, yalnız yazılı təlimatları ehtiva edən çin dilli video fərdlərə təhlükəsiz, şifrələnmiş virtual şəxsi şəbəkələrdən (VPN) və ya TOR şəbəkəsindən istifadə edərək CIA-nın rəsmi saytı vasitəsilə əlaqə saxlamağı tövsiyə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru