Peskov ABŞ-ın İsrail və İran arasındakı münaqişədəki iştirakı barədə danışıb

3-10-2024, 17:04           
Peskov ABŞ-ın İsrail və İran arasındakı münaqişədəki iştirakı barədə danışıb
ABŞ İranla münaqişəsində İsraili dəstəkləyir, silah və maliyyə vəsaiti ilə təmin edir.
Bunu oktyabrın 2-də jurnalistlərin suallarını cavablandıran Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"ABŞ, şübhəsiz ki, İsraili dəstəkləyir. Bunlar silah təchizatı, maliyyə və hərbi-texniki yardımlardır. Bu, hamıya məlum faktdır" - rəsmi qeyd edib.
Xatırladaq ki, İran iki gün əvvəl İsrailə raket zərbələri endirib. Tehranda xəbər verildiyi kimi, bu, Livanın Hizbullah şiə hərəkatının baş katibi Həsən Nəsrullah, Fələstin HƏMAS təşkilatının Siyasi Bürosunun lideri İsmayıl Həniyə və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəis müavini Abbas Nilforuşanın qətlinə cavabdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru