“Biz bu şansı əldən verə bilmərik”

Bu gün, 16:17           
“Biz bu şansı əldən verə bilmərik”
Ermənistan nümayəndə heyətinin rəhbəri Sarkis Xandanyan ATƏT PA-nın iclasında çıxışı zamanı deyib ki, Azərbaycanla sülh sazişi imzalamaqda maraqlıdırlar. Tribunainfo.az xəbər verir ki, o, şans yarandığını və bunu əldən vermək niyyətində olmadıqlarını da bildirib.

Xandanyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh sadəcə olaraq uzaq bir ümid deyil, mümkündür. “İndi tələb olunan növbəti həlledici addım – Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Ermənistan dialoqa hazırdır, lakin biz Azərbaycanın narahatedici siyasi iradəsinin olmadığını görürük. Təəssüf ki, biz o ölkədən yeni tələblər və təhdidlər görməkdə davam edirik. Amma biz bu fürsəti əldən verə bilmərik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.