"PKK Qarabağa yerləşməyə hazırlaşır" - türkiyəli politoloqdan- XƏBƏRDARLIQ

20-09-2016, 20:50           

"PKK terror təşkilatı uzun zamandır Ermənistan-Azərbaycan sərhədində, xüsusilə Dağlıq Qarabağda yerləşmək üçün hazırlıq aparır".

Bu barədə Admiral.az-a açıqlamasında "KAFKASSAM" strateji araşdırmalar mərkəzinin mütəxəssisi, türkiyəli politoloq Ömür Çelikdönmez deyib.

Onun sözlərinə görə, Avropa və Amerikada yaşayan erməni diasporunun bu ölkələrin kəşfiyyat xidmətləri ilə əlaqələri var:

"Dolayısı ilə PKK-nın Qarabağ ərazisinə yerləşdirilməsi xarici kəşfiyyat xidmətlərinin dəstəyi və planları çərçivəsində həyata keçirilir. Məqsədləri Azərbaycanın enerji resurslarının Türkiyəyə nəqlinə maneələr yaratmaqdır".
Ö. Çelikdönmez qeyd edib ki, avropalılar və amerikalılar Cənubi Qafqazda sabitliyi pozmaq niyyətindədir:

"Bununla yanaşı, Rusiya ilə Türkiyənin münasibətlərini pozmaq istəyirlər. Ukrayna üzərindən Rusiyaya sataşan, rusları Qara dənizdə sıxışdırmaq istəyən qlobal qüvvələr Türkiyəni də Rusiyadan uzaqlaşdırmaq siyasəti güdürlər. Türkiyədəki terror hadisələrinin arxasında da bu güclər dayanır. Eyni zamanda, Rusiya təbii qazının Türkiyə üzərindən Avropaya çatdırılmasını və Türkiyənin nəhəng enerji terminalı olmasına qarşı çıxırlar. Bu qüvvələrin "bir millət iki dövlət" olan Azərbaycan və Türkiyənin siyasi, mədəni, iqtisadi və hərbi bağlarının güclü olmasından narahat olduqları da məlumdur. Heç şübhəsiz Türkiyə ilə yanaşı, Azərbaycanı da hədəfə almaq istəyirlər".

Türkiyəli politoloq vurğulayıb ki, avropalılar və amerikalılar Türkiyədə və Azərbaycanda insan haqlarının pozulduğunu iddia edirlər:

"Halbuki, onların özləri terror təşkilatları ilə hər cür dialoq aparırlar. Ortada ikili standart var".

Almaniya, İngiltərə və ABŞ-ın Türkiyədə terror öncəsi diplomatik nümayəndəliklərinin fəaliyyətini dayandırmasına gəlincə, Ö. Çelikdönmez bu ölkələrin terror təşkilatlarında casuslarının olduğunu diqqətə çatdırıb:

news-detail

"Bu güclər terror təşkilatlarına istədikləri formada terror aktını törətməyi sifariş edə bilərlər. Türkiyədə İstanbul və Ankara hava limanlarında tutulan yüzlərlər casus var. Onların bir qisminin İŞİD, bir qisminin də PKK/PYD terror təşkilatları ilə əlaqələrinin olduğu aşkarlanıb. Qərb ölkələri Türkiyədə terror ola biləcəyi xəbərini versələr də, detallarını açıqlamırlar. Hansı terror təşkilatının hücum edəcəyini də bildirmirlər. Lakin bir məsələ unudulmamalıdır ki, terror bumeranq kimidir. Tez-gec onu yaradanın özünə qayıdar və vurar".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.