İran uçuşlara qoyduğu məhdudiyyətləri aradan qaldırdı

Bu gün, 10:28           
İran uçuşlara qoyduğu məhdudiyyətləri aradan qaldırdı
İranın paytaxtı Tehranın hava limanlarında dünən tətbiq edilən bütün uçuş məhdudiyyətləri aradan qaldırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

"Avişirkətlərə hava limanlarında uçuşlar həyata keçirməyə icazə verilib", - məlumatda bildirilir.

06 oktyabr, 21:12

İran oktyabrın 7-si səhərə qədər bütün hava limanlarından uçuşları ləğv edib.

Oxu.Az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

İranın Mülki Aviasiya Təşkilatının qərarı ilə uçuşlar oktyabrın 6-sı Bakı vaxtı ilə saat 21:30-dan oktyabrın 7-si saat 06:30-a kimi ləğv olunub.

Qərara səbəb İsrailin mümkün hücumuna qarşı əməliyyat hazırlıqlarıdır.

Xatırladaq ki, oktyabrın 1-i İran İsrailə raket zərbələri endirdikdən sonra uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq etmişdi. Oktyabrın 2-də qadağa daha bir gün uzadılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.