Borel Ukraynadakı münaqişənin bitəcəyi vəziyyəti proqnozlaşdırdı

8-10-2024, 11:34           
Borel Ukraynadakı münaqişənin bitəcəyi vəziyyəti proqnozlaşdırdı
“Qərbin Kiyevə dəstəyi olmasa, Ukraynadakı münaqişə 15 günə bitəcək”.
Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borel İspaniyanın “20 Minutos” qəzetinə müsahibəsində deyib.
“Çoxları müharibənin tez bir zamanda bitməsini istəyir. Əgər biz Ukraynaya dəstəyi dayandırsaq, 15 gündən sonra müharibə bitəcək və Rusiya Prezidenti Vladimir Putin öz məqsədlərinə çatacaq. Amma biz bunu ukraynalılar və özümüzün təhlükəsizliyimiz üçün istəyirik?”, - Borrell bildirib.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putin daha əvvəl vurğulayıb ki, Ukraynaya yeni silahların verilməsi cəbhədəki vəziyyəti dəyişməyəcək, əksinə, münaqişənin uzanmasına gətirib çıxaracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru