Bayden HƏMAS-ın İsrailə hücumunun ildönümündə bəyanatla çıxış edib

Bu gün, 15:08           
Bayden HƏMAS-ın İsrailə hücumunun ildönümündə bəyanatla çıxış edib
ABŞ Prezidenti Co Bayden bazar ertəsi HƏMAS-ın İsrailə hücumunun ildönümü ilə bağlı bəyanat yayıb.

Ötən il oktyabrın 7-də baş vermiş hücum zamanı 1200 nəfər, o cümlədən 46 amerikalı; 12-si ABŞ vətəndaşı olmaqla, 250 nəfər girov götürülüb.

“Oktyabrın 7-də baş verən terror aktı yəhudi xalqına qarşı minilliklər boyu davam edən nifrət və zorakılığın ağrılı xatirəsini canlandırıb. Buna görə də hücumdan qısa müddət sonra mən müharibə zamanı İsrailə səfər edən ilk Amerika prezidenti oldum. Mən İsrail xalqına bildirdim ki, siz tək deyilsiniz. Bir il sonra da vitse-prezident Harris və mən yəhudi xalqının təhlükəsizliyinə, İsrailin təhlükəsizliyinə və onun mövcud olmaq hüququna tam sadiqik. Biz İsrailin Hizbullah, HƏMAS, husilər və İranın hücumlarına qarşı özünü müdafiə etmək hüququnu dəstəkləyirik””, Co Bayden bildirib. "
Prezident xatırladıb ki, ötən həftə onun göstərişi ilə ABŞ ordusu yenidən İsrailin uğurlu müdafiəsinə fəal töhfə verib, İrandan gələn kütləvi raket hücumunu dəf etməyə kömək edib.

Bayden 100-dən çox girovun artıq azad edildiyini xatırladaraq, administrasiyasının qalan bütün girovların azad edilməsi üçün səylərini davam etdirəcəyini vurğulayıb.

"Biz hamımız antisemitizmə və onun bütün formalarında nifrətə qarşı birləşməliyik" - deyə, Prezident əlavə edib.

Bayden oktyabrın 7-ni “fələstinlilər üçün qara gün” adlandırıb.

“Bu il münaqişədə çoxlu sayda mülki şəxs zərər görüb və on minlərlə insan günahsız insanlar arasında gizlənən və fəaliyyət göstərən terrorçular tərəfindən öldürülüb. Biz Qəzzada girovları evlərinə qaytaran, yerdəki əzabları yüngülləşdirmək üçün humanitar yardımı artıran, İsrailin təhlükəsizliyini təmin edən və bu müharibəni bitirən atəşkəsə nail olmaq üçün işi dayandırmayacağıq, Co Bayden deyib.

Ağ Evin rəhbəri İsrail və Livan sərhədindəki problemin diplomatik yolla həllinin hələ də mümkünlüyünə əmin olduğunu bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.