İrəvan Moskvada, görün, nədən imtina etdi! - İLGİNC
8-10-2024, 17:19
Xəbər verdiyimiz kimi, oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.
Axar.az xəbər verir ki, iclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, Belarus xarici işlər naziri Maksim Rıjenkov, Qazaxıstan xarici işlər naziri Murad Nurtleu, Qırğızıstan xarici işlər naziri Jeenbek Kulubayev, Rusiya xarici işlər naziri Sergey Lavrov, Tacikistan xarici işlər naziri Sirociddin Muhriddin, Özbəkistan xarici işlər naziri Bəxtiyar Saidov və Türkmənistanın Rusiyadakı səfiri Esen Aydoğduyev iştirak edib.
İclas zamanı MDB üzvü olan 9 ölkənin 8-i “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” və “Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” ilə bəyanatı imzalayıb. Yalnız Ermənistan sözügedən bəyanatlara imza atmaqdan imtina edib.
İrəvanın imzalamaqdan imtina etdiyi ilk - “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” ilə bağlı bəyanat birbaşa regionda terrorizmə qarşı mübarizəni ehtiva edir. Görünür, Ermənistan bu bəyanatı imzalamamaqla regionun təhlükəsizliyinə və terrorizmə qarşı mübarizədən imtina etmək niyyətindədir. Bu isə Ermənistanın dövlət siyasətinin mahiyyətini üzə çıxarır.
İkinci, əsas bəyanat - “Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” isə birbaşa olaraq BMT Nizamnaməsindən kənarda sanksiyaların tətbiqinə qarşıdır.
Məlumdur ki, hazırda Ukraynaya təcavüzü səbəbindən beynəlxalq sanksiyalara məruz qalan dövlət Rusiyadır. Moskvaya qarşı BMT-dən başqa, birtərəfli sanksiyalar (ABŞ, Böyük Britaniya, AB) tətbiq edilir ki, buna hətta NATO-nun ən böyük müttəfiqlərindən olan Türkiyə də qarşı çıxır. Rəsmi Ankara dəfələrlə birtərəfli sanksiyaların qanunsuz, BMT Nizamnaməsindən kənar olduğunu dilə gətirib.
İrəvanın bu bəyanatı imzalamaması, Rusiyaya qarşı birtərəfli sanksiyaların tətbiqinə qarşı çıxmaqdan imtina etməsi müəmmalıdır. Çünki Ermənistan 3 ildir Rusiyaya qarşı sanksiyaların dəlinməsində müstəsna rol oynayır. İrəvan bunun sayəsində milyardlarla dollar qazanc əldə edib, iqtisadi artım əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. Buna baxmayaraq, Ermənistan qeyri-qanuni fəaliyyətinə “siyasi-hüquqi əsas” qazandırmaq üçün belə bəyanata qoşulmur...