Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

8-10-2024, 18:50           
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Böyük Britaniya Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarını sanksiyalar siyahısına daxil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiyalara həmçinin qoşunların rəisi general-leytenant İqor Kirillov, Rusiya Müdafiə Nazirliyinin Moskvadakı 27-ci Elmi Mərkəzi, eləcə də Rusiya Müdafiə Nazirliyinin 33-cü Mərkəzi Tədqiqat Sınaq İnstitutu daxildir.
Britaniya Xarici İşlər Nazirliyi bu qərarı qoşunların Ukraynada kimyəvi silahdan istifadəyə görə məsuliyyət daşıması ilə əsaslandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru