Şərqi Azərbaycan vilayətində siyasi fəalların evlərində axtarış aparılıb

9-10-2024, 12:38           
Şərqi Azərbaycan vilayətində siyasi fəalların evlərində axtarış aparılıb
İranın təhlükəsizlik qüvvələri Şərqi Azərbaycan vilayəti Nadarlı qəsəbəsinin sakini olan siyasi fəalların evlərində axtarış aparıblar.

Azərbaycan Öyrənci Hərəkatı (AZOH) və Ərk hüquq-müdafiə cəmiyyəti kimi mənbələrin bildirdiyinə görə, fəalların bəzi şəxsi əşyaları müsadirə olunub.

Mənbələr evləri axtarılan türk fəallardan Məhəmmədrza Əqdəsi, Hadi Əqdəsi, Vəhid Qaffari və Cəlal Nurməhəmmədinin adlarını yayıblar.

Sözügedən fəalların mobil telefon və kitablar kimi şəxsi əşyalarının müsadirə olunduğu bildirilib.
Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində yerləşən Nadarlı qəsəbəsinin əhalisi milli-mədəni fəaliyyətləri ilə tanınır. Keçən illərdən bəri Nadarlının bir çox sakini göstərdikləri siyasi və mədəni fəaliyyətlərdən dolayı İranın təhlükəsizlik və məhkəmə qurumları tərəfindən təzyiq və təqibə məruz qalıblar.

Hazırda qəsəbənin sakinlərindən bəziləri, o cümlədən Hüseyn Əmani, Araz Əmani və Murtuz Nurməhəmmədi haqqında daha əvvəl açılan məhkəmə işləri davam edir. Nadarlı qəsəbəsindən olan türk dil haqları fəalı Əli Rəzizadə isə Tehranın Evin həbsxanasında həbsdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.