Blinken ASEAN və Şərqi Asiya Sammiti üçün Laosa gedir

Bu gün, 15:18           
Blinken ASEAN və Şərqi Asiya Sammiti üçün Laosa gedir
ABŞ Dövlət katibi Antoni Blinkenin bu həftənin sonunda Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası - ASEAN ilə görüşlər keçirmək üçün Laosun Vyentyan şəhərinə səfər edəcəyi və orada Hind-Sakit Okean regionundan yeni seçilmiş liderlərlə birbaşa əlaqə saxlayacağı gözlənilir.

Blinken builki ASEAN-ABŞ Sammitində Prezident Co Baydeni təmsil edəcək və Hindistan, Yaponiya, Cənubi Koreya və Çin Xalq Respublikasının liderlərinin və yüksək səviyyəli rəsmilərinin də iştirak edəcəyi Şərqi Asiya Sammitində iştirak edəcək.

Bu həftəki ASEAN sammitlərində avqustun ortalarında Taylandın Baş naziri olmuş 38 yaşlı Paetonqtarn Şinavatra debüt edəcək. O, Cənub-Şərqi Asiyanın ən gənc lideri kimi çərşənbə axşamı Laosa ilk ikitərəfli səfərini edəcək.

Sinqapur da may ayında uzun müddətdir Baş nazir olan Li Syan Lunqurun əvəzinə Lourens Von rəhbərliyə keçib.

Yaponiyanın yeni bBaş naziri Şiqeru İşiba oktyabrın 1-də vəzifəsinin icrasına başlayıb. O, ötən çərşənbə günü Prezident Baydenlə telefon danışığı zamanı ölkəsinin ABŞ ilə müttəfiqliyini gücləndirəcəyinə söz verib.

"Mən Baş nazirin ABŞ-Yaponiya Alyansına sadiqliyinə görə minnətdaram və iki dövlət arasında davamlı tərəfdaşlığı gücləndirmək üçün onun hökuməti ilə işləməyi səbirsizliklə gözləyirəm", Blinken keçən həftə verdiyi bəyanatda bildirib.

İşiba həmçinin Cənubi Koreya prezidenti Yun Suk Yol ilə ASEAN sammiti çərçivəsində görüş keçirməklə bağlı müzakirələr aparır.

Regional təhlükəsizlik, inkişaf və ticarət, o cümlədən davamlı yarımkeçirici təchizat zəncirlərinin yaradılmasının ABŞ-ın gündəmində əsas prioritetlər olacağı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.