Ermənistanın hərbi doktrinası: İşğalçı siyasətin sübutu

13-10-2024, 12:08           
Ermənistanın hərbi doktrinası: İşğalçı siyasətin sübutu
Ermənistan Respublikasının hazırkı hərbi doktrinası ölkənin illər boyu yürütdüyü işğalçılıq siyasətini əks etdirir.

Bu barədə "Caliber"in "Telegram" kanalı məlumat yayıb.

Sənəddə Ermənistan dövləti separatçı rejimin yaratdığı qondarma respublikanın müstəqillik və təhlükəsizliyinin qarantı kimi təqdim edilir.

Qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıdığını bəyan etsə də, əməldə ölkəsinin Konstitusiyası və hərbi doktrinasında Azərbaycana qarşı açıq ərazi iddialarına yer verməyə davam edir və bu sənədləri dəyişdirməkdə tələsmir.

Bu fakt, Ermənistanın "sülh gündəmi"nin nə dərəcədə səmimi olması barədə təsəvvür yaratmaq üçün kifayət edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru