Rusiyadan Paşinyanın dəhliz çıxışına REAKSİYA

17-10-2024, 09:54           
Rusiyadan Paşinyanın dəhliz çıxışına REAKSİYA
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin tapşırığı ilə yaradılan üçtərəfli işçi qrup bu istiqamətdə böyük iş görüb. Azərbaycanın əsas hissəsindən və Naxçıvandan Ermənistanın Zəngəzur vilayətindən tranzit olmaqla dəmir yolu əlaqəsinin blokdan çıxarılmasının əsas parametrləri razılaşdırılıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinə ancaq monitorinq funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

“Ona görə də, biz buna (üçtərəfli razılaşmalara - red.) alternativ görmürük və bu istiqamətdə işləməyə davam edəcəyik", - XİN rəsmisi qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru